Embiid 10 min xal həddinə çatdı

18.02.2023 22:01 230
İdman
“Filadelfiya 76”nın lideri Coel Embiid komandasının “Klivlend”i məğlub etdiyi (118:112) oyunda karyerası boyunca topladığı xal sayını 10 minə çatdırdı.

Bunu 373-cü oyunda bacaran mərkəz oyunçusu “Siksers”in tarixinə 10 min həddini ən tez fəth edən basketbolçu kimi düşdü. Əvvəlki rekord 10000-ci xalı 378-ci oyunda toplayan Allen Ayversona məxsus idi.