“Filadelfiya 76”nın mərkəz oyunçusu Coel Embiid və onun model rəfiqəsi Anna de Paula toy edib.
"Football-plus.az" xəbər verir ki, 2018-ci ildən münasibətləri olan cütlüyün 2020-nin sentyabrında Artur adlı oğulları dünyaya gəlib. MBA-nın 2022/23 mövsümünün ən dəyərli oyunçusu sayılan Embiidin toyunda həmklubları – Tobayas Harris, Tayriz Maksi, De`entoni Melton və sabiq komanda yoldaşı Corc Nyanq da iştirak edib.
Çexiyalı tenniçsi Petra Kvitova isə ötən şənbə məşqçisi İrji Vaneklə nigah bağlayıb. İdmançı bu haqda sosial şəbəkə hesabında paylaşım edib. 45 yaşlı Vanek sonuncu “Uimbldon” turnirində 33 yaşlı tennisçiyə evlənmək təklifi ilə üz tutub. Petranın 2011 və 2014-cü illərdə “Uimbldon” turnirinin qalibi olduğunu xatırladaq.