“Minnesota”nın forvardı Kayl Anderson Çin vətəndaşlığını alıb. 29 yaşlı amerikalı anası və MBA əfsanəsi – çinli mərkəz oyunçusu Yao Minlə birgə fotosunu yayıb.
"Football-plus.az" xəbəre verir ki, Anderson 25 avqust – 10 sentyabr aralığında İndoneziya, Yaponiya və Filippində keçiriləcək basketbol üzrə dünya çempionatına qatılacaq Çin yığmasının heyətinə salına bilər. Çin yığması B qrupunda Serbiya, Puerto-Riko və Cənubi Sudanla birlikdə mübarizə aparacaq.
Anderson MBA-nın son müntəzəm çempionatında 69 oyun keçirib – hər oyunda orta hesabla 9,4 xal toplayıb, 5,3 ribaund edib və 4,9 məhsuldar ötürmə verib.