Bu mövsüm basketbol üzrə ölkə çempionatında yeni komanda izləyəcəyik.
Bu, Teymur Hüseynovun rəhbərlik edəcəyi “Sumqayıt”dı. Lakin komandanın “Sumqayıt” Futbol Klubunun loqosundan istifadə etməsi tənqidlə qarşılandı. Görəsən, debütantın bu addımı atmağa nə məcbur edib? Bu sualları “gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Teymur bəyə ünvanladıq:
“Eyni şəhəri təmsil edən iki fərqli idman növü üzrə komanda olduğu üçün qərara aldıq ki, loqolarımız oxşar olsun. Doğrudu, hazırda basketbol və futbol klublarının rəhbərlikləri, büdcəsi, idarəetməsi fərqli olsa da istənilən halda adımız, şəhərimiz eynidi. “Sumqayıt” futbol klubunun rəhbərliyi ilə daim sıx əlaqədəyik, onlar bizə tövsiyyə xaraketerli dəstək verirlər. Ad və loqolarından yararlanmağa da icazə verdilər. Üstəlik bu, ilk belə hal deyil. Fikir versəz, “Sabah” və “Neftçi” basketbol klublarının loqoları da eyniadlı futbol komandalarının loqoları ilə oxşardı”.
Teymur bəy komandanın hazırkı durumu barədə də fikirlərini bildirdi:
“Heyətimizi tam qurmamışıq. 6 yerli və 4 legioner oyunçumuz var. Legionelər Cey Mürrel, Tayrey Rendall, Cakobi Robinson, Roderik Smitdi. Hamsısı da amerikalıdı. Yerlilər isə İsmayıl Əliyev, Murad Orucəliyev, Nəzər Quliyev, Fariz Qənbərov, Fərid Mahmudov və Elçin İsmayılovdu”.
CAVİD ƏLİYEV