Basketbol klubunun adı dəyişdirildi

29.09.2023 11:34 229
İdman
2023/24 mövsümündə Azərbaycan Basketbol Liqasında iştirak edəcək NTD-nin adı dəyişdirilib.

"Football-plus.az" xəbər verir ki, komanda NTD-INDIGO adlanacaq.

Klub artıq paytaxtı yox, Xaçmaz rayonunu təmsil edəcək və ev oyunlarını buradakı Olimpiya İdman Kompleksində keçirəcək.

Qeyd edək ki, NTD ötən mövsüm Azərbaycan Basketbol Liqasında bürünc qazanıb.