Basketbol üzrə Azərbaycan Kubokunda qruplar müəyyənləşdi

21.02.2023 12:28 262
İdman
21 fevral tarixində Azərbaycan Basketbol Federasiyasının inzibati binasında basketbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi baş tutdu.

Football-plus.az xəbər verir ki, 21-26 mart tarixləri aralığında "Sərhədçi" İdman Mərkəzində keçiriləcək Azərbaycan Kubokunda 8 komanda A və B qruplarında mübarizə aparacaqlar.

A qrupu: "Sabah BK", "AAAF Xırdalan BK", "Sərhədçi PİK", "Gəncə BK"

B qrupu: "NTD BK", "Zirvə Astara BK", "Neftçi İK", "Olimpik Şəki BK"

Qeyd edək ki, basketbol üzrə Azərbaycan Kubokunun reqlamentinə əsasən oyun zamanı meydançada mütləq şəkildə 3 yerli basketbolçu olmalıdır.