"Oyunun sonu yaxşı bitmədi" - Ataa Caber

4.08.2022 23:25 499
Konfrans Liqası
"Neftçi"nin futbolçusu Ataa Caber Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Rapid"i məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

"Football-plus.az" xəbər verir ki, "CBC Sport"a danışan yarımmüdafiəçi bunları deyib:

"Oyunun sonu yaxşı bitmədi. Bir həftə vaxtımız var. Növbəti oyuna hazırlaşacağıq. Cavab matçında qələbə qazanmaq istəyirik.

Azarkeşlərimiz möhtəşəm idi. Ümid edirəm ki, digər oyunlarımızda da belə dəstək olarlar".