Renat Dadaşov superliqada dubl etdi

8.10.2023 22:51 243
Premyer-liqa / Manşet
Türkiyə superliqasında 8-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin forvardı Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" "Konyaspor"u qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Futbolçumuz matça start heyətində çıxıb. O, 22-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Dadaşov 54-cü dəqiqədə daha bir qol vuraraq dubl müəllifi olub.