Misli premyer-liqasının 9-cu turunda “Neftçi” “Qarabağ”ı qəbul edib - 0:2.
“Football-plus.az” xəbər verir ki, matçın ilk dəqiqələrində meydan sahiblərinin azarkeş qrupu “Forza Neftçi” tribunanı tərk etdi. Oyundan sonra “ağ-qaralar”ın fanatları feysbuk səhifəsində bununla bəyanat yayıb:
“Stadiona daxil olduğumuz andan komandaya verəcəyimiz dəstəyə qarşı "tədbir"lərlə qarşılaşmağa başladıq. Əvvəlcə bayraqlarımızın çubuqlarına bir əmma tapıldı, sonra günlərdir min bir əziyyətlə çəkdiyimiz pankartın açılmasına maneə törədildi.
Bizim illərdi ki, dəyişməyən tək bir məqsədimiz var: AZARKEŞİ OLDUĞUMUZ KOMANDANI DƏSTƏKLƏMƏK! İstədiyimiz dəstəyi verə bilməyəcəyiksə, həmçinin, komanda rəhbərliyi öz üzərinə düşəni edə bilməyəcəksə, oyunda qalmağımızın heç bir mənası yoxdu”.