Premyer-liqanin 19-cu turunun oyunları keçirilir.
"Neftçi" doğma meydanda "Qəbələ"ni qəbul edir. Qarşılaşmanın 41-ci dəqiqəsində polislə "Forza Neftçi" arasında münaqişə yaşanıb. Bundan sonra flaqmanın əsas azarkeş qrupu stadionu tərk ediblər. Hadisənin baş vermə səbəbi məlum olub. Polis əməkdaşlarından aldığımız məlumata görə, fanatlar pro-texniki vasitələrdən istifa etmək istəyiblər. Polis buna mane olduğu üçün "Forza Neftçi" üzvləri arenanı tərk ediblər.
Qeyd edək ki, hazırda görüşün 80-ci dəqiqəsi oynanılır. "Neftçi" "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edir.
İLKİN SULTANLI