“1-ci liqada yeni olsaq da, rəqiblərimizdən çəkinmirik”

31.08.2023 15:36 271
Aktual / Ölkə futbolu
Dünən "Sky Hotel"də yeni mövsümdən 1-ci liqada çıxış edəcək "Difai Ağsu"nun təqdimat mərasimi keçirildi. Komanda tərəfdaşlıq müqavilələri imzaladı, futbolçularını və forma dəstini təqdim etdi.

"Football-plus.az" saytı olaraq, ağsuluların iki təcrübəli oyunçusundan biri Məhsun Qənbərlinin yeni mövsümlə bağlı fikirlərini öyrəndik:

"Bildiyiniz kimi, bu ildən 1-ci liqada çıxışımıza icazə verildi. Buna görə çox sevincliyik. Rəhbərlik tərədindən qarşımıza konkret hansısa hədəf qoyulmayıb. Amma çox istəkliyik. Başlıca məqsədimiz döyüşkən, mübariz komanda formalaşdırmaqdı. 1-ci liqada yeni olsaq da, rəqiblərimizdən çəkinmirik və onların hər birinə qarşı döyüşməyə hazırıq. Heyətimiz, demək olar ki, gənclərdən formalaşıb. Premyer-liqa təcrübəsi olan mənəm, bir də Fuad Məmmədzadə. Təcrübəmizi və biliklərimizi gənclərlə bölüşəcəyik. Əlimizdən gələnin yaxşısı "Difai" üçün edəcəyik".


ABDULLA İSMAYILOĞLU