"Difai" təqdimat mərasimi keçirəcək

29.08.2023 14:54 253
Ölkə futbolu
2023/24-cü illər mövsümündə 1-ci liqada iştirak edəcək "Difai" sabah təqdimat mərasimi keçirəcək.

"Football-plus az" xəbər verir ki, "SKY Hotel"də təşkil olunacaq tədbir saat 16.00-da başlayacaq.

Klub rəhbərliyinin iştirak edəcəyi təqdimatda klubun yeni loqosu, bayrağı, geyim formaları nümayiş olunacaq.

Həmçinin "Difai"nin bu mövsüm tərəfdaşı olacaq şirkətlərin adları açıqlanacaq.