"Football-plus.az" xəbər verir ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov premyer-liqanın 9-cu turunun “Sabah”la(1:1) görüşündən sonra deyib. O, "Sabah"ın bərabərlik qolundan sonrakı vəziyyəti şərh edib:
"Futbolda belə şeylər olur. Qol vuran tərəf psixoloji cəhətdən üstülüyü ələ alır. İki-üç dəqiqə vaxt lazımdır ki, futbolçular durumu geri qaytarsınlar. Bizdə də bu hal yaşandı. Amma şükürlər olsunki, bir xal qazandıq. Xallarımızı çoxaltmalıyıq".






