Avropa Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi Markus Reşford olub. “Mançester Yunayted”in 26 yaşlı hücumçusu Aksel Disasi (Monako), Lukas Okampos (Sevilya) və Dmitri Krıskivi (Şaxtyor) qabaqlayıb.
Xatırladaq ki, Reşford pley-offun “Barselona” ilə ilk oyununda (2:2) komandasının ilk qolunun müəllifi olmuşdu.