Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Bu nominasiyanın qalibi “Mançester Yunayted”in hücumçusu Markus Reşford olub. O, UEFA-nın saytında keçirilən səsvermədə Vissam Ben Yedder (Monako), Gelor Kanqa (Srvena Zvezda) və Kodi Qakponu (PSV) qabaqlayıb.
Reşford “Omoniya” ilə matçda (3:2) dubl edib və Antoni Marsyala məhsuldar ötürmə verib.