“Emil Mustafayevi dəfələrlə yığmanın məşqçi heyətinə təklif etmişəm”

6.10.2023 16:28 354
Ölkə futbolu / Manşet
Ukrayna çempionatının ötən mövsümündə “Aleksandriya”nın heyətində özünü yaxşı göstərən, yayda isə “Polesye”yə keçən Emil Mustafayev haqda çox yazmışdıq. Amma azərbaycanlı futbolçu nədənsə heç cür yığmanın italiyalı çalışdırıcısı Canni de Byazinin diqqətini çəkə bilmir.

Redaksiyamıza daxil olan məlumata görə, gənc yarımmüdafiəçini yığmanın oktyabr toplanışında görə bilərik. Bu xəbəri dəqiqləşdirmək üçün ölkənin əsas komandasının seleksiyaçısı İlqar Qurbanova müraciət etdik:

"Futbolçunu daim izləyirəm. Hazırda yaxşı performans sərgiləyir. Mən dəfələrlə Emili yığmanın məşqçi heyətinə təklif etmişəm. Soydaşımıza Ukrayna yığmasından bir neçə dəfə təklif gəlsə də, o, imtina edib. Emil yığmamızda çıxış etməyə hazırdı. Qalır rəsmi dəvət göndərmək. Mən deyə bilmərəm ki, qarşıdan gələn oyunlarda onun adını dəvətlilər sırasında görəcəyik, ya yox. Bircə onu xüsusi qeyd edim ki, Emil daim nəzarətimizdədi".


ABDULLA İSMAYILOĞLU