Emil Musatafayevin yeni klubu - RƏSMİ

27.06.2023 14:12 338
Yığma
Azərbaycan U-21 millisinin bir neçə gün öncə “Aleksandriya”dan (Ukrayna) ayrılan üzvü Emil Musatafayevin yeni klubu dəqiqləşib.

"Football-plus.az" xəbər verir ki, yarəmmüdafiəçi karyerasını Ukraynanın digər bir komandası “Polesye”da davam etdirəcək. Bu haqda klubun saytı məlumat yayıb. 21 yaşlı futbolçu ilə 4 illik müqavilənin imzalandığı qeyd olunub.

Xatırladaq ki, “Aleksandriya”nın yetirməsi olan Mustafayev 2021-ci ildən bu klubun əsas komandasının formasını geyinirdi. O, Azərbaycanın U-21 yığmasında 3 oyuna çıxıb.