• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Cavid Cəlilov şübhəli qərarlar verdi, Rauf Cabbarov qəribə davrandı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

5-10-2023, 21:0

Hesabat turu da sarı və qırmızı qərarlar baxımından zəngin alındı.

Yalnız “Qarabağ” – “Sumqayıt”, “Turan Tovuz” – “Neftçi” oyunlarının səliqəli mübarizə şəraitində keçdiyini deyə bilərik. Qalan üç oyunda isə 21 sarı, 2 qırmızı vərəqə göstərildi. Özü də biz burda yalnız futbolçuların cəzasını nəzərdə tutmuşuq. Rəsmi şəxslər də zaman-zaman hakimlərin qəzəbinə tuş gəlir.

Araz-Naxçıvan - Zirə, ƏLİ ƏLİYEV
Referi gənc olmasına baxmayaraq, oyunu yaxşı idarə etdi. Düzdü, Rəşad Sadıqov oyunboyu etirazları ilə onu bezdirdi. Lakin Əli Əliyev baş məşqçiyə xəbərdarlıq edərək cəzalanacağını diqqətinə çatdırdı. Gənc hakim inamlı qərarlarla oyuna əlavə rəng qatırdı. Ribeyroya göstərilən qırmızı vərəqə doğru idi. Son dəqiqədə Abdulla Rzayev Abbas İbrahimə sərt müdaxilə edərək topu ələ keçirdi. Referi penaltinin olub-olmadığını VAR-la təsdiqlədəndən sonra oyunu bitirdi. Ümumilikdə Əliyev oyunboyu yaxşı idarəçiliklə yadda qaldı. Ümid edirik ki, o, öz üzərində işləməklə səviyyəsini daha da artıracaq. Bununla da Azərbaycan futbolu daha bir istedadlı hakimə sahib olacaq.

Qarabağ – Sumqayıt, ƏLİYAR AĞAYEV
Oyuna hər iki komanda ehtiyatlı başlasa da, meydan sahibləri tədricən üstünlüyü ələ aldı, dominantlığını sübut etdi. Oyunda tempi "Qarabağ" müəyyənləşdirdiyindən hakimin üzərinə çətin iş düşmədi. Hakimliklə bağlı epizod kimi penalti qərarını qeyd etmək olar. Belə ki, 37-ci dəqiqədə Abdulla Zubir cərimə meydançasına daxil olarkən Rövlan Muradov ona qarşı kobud oynadı. Əliyar Ağayev tərəddüd etmədən penalti təyin etdi. Lakin VAR otağından müdaxilə gəldi. Belədə referi özü monitora yaxınlaşdı. O, epizodu təhlil etdikdən sonra qərarını qüvvədə saxladı. Hakim oyunboyu bacardıqca rəsmi xəbərdalıqdan qaçdı. Ağayev yalnız iki dəfə əlini cibinə atdı.

Səbail – Sabah, CAVİD CƏLİLOV
Oyunun gərgin keçəcəyi öncədən gözlənilən idi. Hər iki tərəf meydana qələbə üçün çıxmışdı. Odu ki, hakim çox qaçmalı olacaq, fit çalacaqdı. İlk dəqiqələrdən "Sabah"ın “1 nömrə” kimi oynaması "dənizçilər"in tez-tez qaydanı pozmasına və referinin oyunu saxlamasına səbəb olurdu. 27-ci dəqiqdə İrasabalın Ramalinqoma qarşı kobudluğuna görə Cavid Cəlilov sarı göstərsə də, "Səbail" düşərgəsi qırmızı vərəqə tələb etdi. 39-cu dəqiqədə baş hakim meydan sahiblərinin qapısına penalti təyin etdi. "Dənizçilər" buna etiraz etsə də, VAR-dan müdaxilə gəlmədi və penalti metrə yerinə yetirildi. 53-cü dəqiqədə Ramalinqom gözəl zərbəylə komandasını irəli çıxardı. Hakim əvvəlcə qolu qeydə aldı. Amma bir qədər sonra VAR otağından siqnal gəldi. Qol zamanı ofsaydın olmasına qərar verildi. Cavid Cəlilov monitora yaxınlaşıb epizodu incələmədi. Bu da yerli azarkeşlərin və "Səbail" futbolçularının kəskin etirazına səbəb oldu. Uzatma dəqiqələrində Qomisin qapı önünə ötürməsi zamanı topun "Sabah" müdafiəçisinin əlinə dəydiyi iddia olunsa da, referi buna da əhəmiyyət vermədi. Xülasə Cəlilovun verdiyi bəzi qərarlar şübhəli və müzakirəyə açıqdı.

Turan Tovuz – Neftçi, EMİN ƏLİYEV
“Turan Tovuz”un çətin “Neftçi” sınağında ədaləti təmin etmək zəngin premyer-liqa təcrübəsi olmayan Emin Əliyevə tapşırılmışdı. Onu daha çox aşağı dəstə matçlarında görməyə alışdığımızdan çıxışının nə dərəcədə uğurlu olacağı şübhə altında idi. Maraqlıdı ki, referi gözləniləndən daha yaxşı işlə yadda qaldı.Təbii ki, bunda qonaqların dinamik olmayan, ev sahiblərinin getdikcə enən oyun tempinin də payı var. O, xırda qayda pozuntularını səbr və təmkin ilə aradan qaldırdı. Matçın sonuna yaxın aqressivləşən “Neftçi” futbolçularını da layiqincə cəzalandırdı. Bakılıların məşqçisi Alin Nikola Çitaya göstərilən “sarı”ya da şübhə ilə yanaşmaq doğru olmaz. Ümumiyyətlə, Emin baş məşqçilərdə və azarkeşlərdə narazılıq doğurmadı.

Kəpəz – Qəbələ, RAUF CABBAROV
Bu önəmli oyunun idarəçiliyi təcrübəli hakimə tapşırılmışdı. Ancaq Rauf Cabbarov özünü qəribə aparırdı. Bir neçə epizodda hətta tibbi müdaxiləyə ehtiyacı olan futbolçulara görə matçı dayandırmasa da, xırda səhvləri qabardır, azarkeşlərdə qıcıq yaradırdı. Ədalət təmsilçisi baş məşqçi və futbolçular qədər gərgin görünürdü. Sanki özünü hansısa izah və ya düşüncələrlə yormamaq üçün vərəqələrlə məsuliyyətdən qurtulmaq daha cazibəli seçim idi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

18-08-2023, 14:0

Rauf Cabbarov Diniyevi narazı saldı, Ülvi ilk “qırmızı”ya səbəbkar oldu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

27-09-2022, 11:0

FİFA referisi və briqadası “ənənəyə sadiq qaldı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

29-09-2023, 18:0

Mutu və Musayev narazı qaldı, Rəşad Sadıqov hakimin tərəfini tutdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

22-09-2023, 20:0

Jurnalistlər sektorundan göründü, Əliyar görmədi?! - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

2-03-2023, 15:0

“Qara paltarlılar” bu dəfə ön plana çıxmadı - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 178
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə