• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mutu və Musayev narazı qaldı, Rəşad Sadıqov hakimin tərəfini tutdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

29-09-2023, 18:0

Rəsmi şəxslər – baş və köməkçi məşqçilər, klub nümayəndələri bu mövsüm necə canfəşanlıq edirsə, artıq futbolçulara göstərilən sarı-qırmızı vərəqələr bir qədər kölgədə qalır.

Əslində turun son oyununa qədər bu mənada vəziyyət o qədər də pis deyildi. Hakimlər futbolçulara 19 sarı vərəqə göstərmişdi. Ancaq “Qəbələ” – “Qarabağ” oyununda ehtiraslar coşdu və Elçin Məsiyev 6 sarı, 1 qırmızı vərəqə göstərdi. Baş məşqçilərdən oyunsonrası mətbuat konfranslarında hakimləri xatırlayanlar da oldu...

Sumqayıt – Turan Tovuz, KAMAL UMUDLU
İdarəçiliyin normal olduğunu deyə bilərik. Bu matçda vərəqələrin də sayı çox olmadı. 17-ci dəqiqədə Roi Kehat cəzalandı. Onun Şəhriyar Əliyevə qarşı kobudluğunu baş hakim bağışlamadı. Hətta bu epizodda “kimyaçılar”ın kapitanı Vüqar Mustafayev də referiyə Kehatın ilk dəfə qaydanı pozduğunu bildirdi. 53-cü dəqiqədə artıq Vüqar özü Denis Marandiçinin ayağına zərbə vurduğuna görə eyni şəkildə cəzalandırıldı.
an Vüqar bu dəfə özü sarı vərəqə ilə cəzalandırıldı. Samir Abasovun yoxluğunda “kimyaçılar”a göstəriş verən Mübariz Orucov oyunsonrası mətbuat konfrasında “bilmədən xətti 20 santimetr tapdalamağa görə qırmızı vərəqə nıə dərəcədə doğru qərardı, sarı verərdi də, qırmızı vərəqəyə ehtiyac yox idi” desə də, hakimin başqa qərarlarını müzakirəyə çıxarmadı.

Zirə - Neftçi, RƏVAN HƏMZƏZADƏ
Oyunun gərgin keçəcəyi öncədən gözlənilirdi. Oyunda erkən qol olmasa da, rəsmi xəbərdarlıq erkən oldu. Artıq 3-cü dəqiqədə referi əlini cibinə ataraq Eldar Quliyevə “sarı” göstərdi. 13-cü dəqiqədə Emin Mahmudova qarşı kobudluq olsa da, hakim əlini cibinə atmadı. 32-ci dəqiqədə Azər Əliyev Filipe Paxthmanna qarşı kobud oynayanda da Rəvan Həmzəzadənin fiti susdu. Referi penalti qərarını da yalnız VAR-ın müdaxiləsindən sonra verdi. Adrian Mutu oyundan sonra bu qərara görə kəskin şəkildə narazılıq etsə də, onuin həmkarı Rəşad Sadıqov hakimin tərəfini saxladı.

Sabah - Kəpəz, İNQİLAB MƏMMƏDOV
Belə çətin oyuna məhz İnqilab Məmmədovun təyin edilməsi təsadüfi deyildi. AFFA onun zəngin təcrübəsinə güvənmişdi. Qurum bir yerə qədər haqlı idisə, hakimin gözü önündə başverənlərlə bağlı dəqiq qərar üçün tərəddüd etməsi, VAR-a ehtiyac duyması anlaşılmadı. Buna baxmayaraq, Murad Musayevin idarəçiliklə bağlı iddiaları əsassızdı. Onsuz da Məmmədov 2-ci hissəyə 8 dəqiqə artırmaqla qonaq futbolçuların simulyasiya cəhdlərini kompensasiya etdi. Ümumiyyətlə, o, təmkinli və ədalətli qərarlarıyla seçildi. İstər penaltinin təyin edilməsi, istərsə də futbolçuların və rəsmi şəxslərin cəzalandırılması yerində oldu. Lakin epizodları görmək, təhlil etmək və nəticə çıxarmaq baxımından işini sürətləndirməlidi. Tələsin, İnqilab bəy, azarkeşləri çox gözlədirsiz...

Səbail – Araz Naxçıvan, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədov oyunu əla idarə etdi, desək, yanılmarıq. Çünki referinin və komandasının qərarları doğru idi. Düzdü, xırda səhvlər olurdu. Lakin mingəçevirli ümumilikdə görüşü yaxşı idarə etdi. “Araz-Naxçıvan”dan Neman Kurdiç qol vuran zaman yan xətt hakimi Akif Əmirəli ofsayd qeydə aldı. Naxçıvanlılar çox etiraz etsə də, VAR-dakılar da bu qərarın doğru olduğunu təsdiqlədi. Penalti epizodu zamanı da Rəşad Əhmədov olduqca qətiyyətli idi. O, birbaşa fitisini səsləndirərək “nöqtə”ni göstərdi. VAR-dakılar da referinin qərarını təsdiqlədilər. Aleksandr Ramalinqom yerdə qalanda da yan xətt hakiminin bayrağı qalxdı. Düzdü, VAR-dakılar təxminən 3-4 dəqiqə epizodu incələdilər. Lakin yekunda hakimlər briqadasının qərarı doğru oldu. Beləliklə, həm qətiyyətli qərarlara, həm də əla idarəçiləyə görə Rəşad bəyi və briqadasını təbrik etmək olar.

Qəbələ - Qarabağ, ELÇİN MƏSİYEV
Aydın məsələ idi ki, Elçin Məsiyevin işi çox olacaq. "Qarabağ" erkən qollar vuranda hər kəs hakimin işinin yüngülləşdiyini düşündü. Amma 37-ci dəqiqədə Bilal Auaşeriya ilə Kevin Medina top uğrunda mübarizədə bir-birinə qarşı sərt oynadı və bu məqam hadisələrin sonrakı axarına ciddi təsir göstərdi. Əsəblərinə sahib ola bilməyən kolumbiyalı rəqibin boğazına şapalaq vurdu. Allaş Medinanın üzərinə yeridi, kolumbiyalı onunla da tutaşdı. Bundan sonra hər iki komandanın oyunçuları bir-birinə qarışdı, baş məşqçilər də meydana çıxdı. Məsiyev əvvəlcə Allaşla Medinanı yanına çağıraraq onlara “sarı” göstərdi. Sonra isə ehtiyat oyunçular skamyasına yaxınlaşaraq Qurban Qurbanovu sarı, Rasim Ramaldanovu qırmızı vərəqə ilə cəzalandırdı. Daha sonra VAR otağından müdaxilə gəldi. Baş hakim monitora yaxınlaşaraq münaqişə doğuran epizodun incələdikdən sonra əvvəlki qərarını dəyişərək Medinanı vaxtından əvvəl paltardəyişmə otağına göndərdi. 89-cu dəqiqədə nadir hadisə yaşandı: Qurban Qurbanov da qırmızı vərəqə ilə cəzalandı. Əslində bu məhz ilk yarının sonundan bəri yığılıb qalan qəzəbin nəticəsi idi. Bir sözlə, Məsiyev bu oyunun yükünü qaldıra bilmədi.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

20-10-2022, 13:0

Əliyar Ağayevi Rəvan Həmzəzadə “yandırdı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu / Manşet

12-04-2023, 12:0

Murad Musayev premyer-liqada ən çox qırmızı vərəqə alan şəxsdi - ARAŞDIRMA

Premyer-liqa / Manşet

29-12-2022, 16:0

Nicat nicatı VAR-da gördü… - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
"Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
Son xəbərlər
  • Dünən, 23:58
    Minifutbol millimiz ikinci dəfə Avropa çempionu oldu!
  • Dünən, 23:30
    "Rəqibin harda boşluqlar verdiyini bilirik" - Siyasət Əsgərov
  • Dünən, 22:58
    Azarkeşlərin tənqidinə məruz qaldı
  • Dünən, 22:28
    "Burda əsl ailə ab-havası hökm sürür" - Emil Balayev
  • Dünən, 21:57
    Onun yolu Madridədi?
  • Dünən, 21:26
    "Hər iki görüşdə qələbə qazanmaq niyyətindəyik" - Ayxan Abbasov
  • Dünən, 20:55
    Milli komandada yeni təyinat
  • Dünən, 20:24
    Yeni kapitan oldu
  • Dünən, 19:53
    Romadan Milana üz tuta bilər
  • Dünən, 19:22
    “Ayın qolu” layihəsində qaliblər açıqlandı
  • Dünən, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Dünən, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Dünən, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Dünən, 17:29
    Messi ilə birgə oynayacaq
  • Dünən, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Dünən, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Dünən, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Dünən, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Dünən, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Dünən, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Dünən, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Dünən, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Dünən, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Dünən, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Dünən, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Dünən, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Dünən, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Dünən, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Dünən, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Dünən, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • 3-06-2026, 23:0
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • 3-06-2026, 23:0
    A seriyasında istefa
  • 3-06-2026, 22:0
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • 3-06-2026, 22:0
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • 3-06-2026, 22:0
    Paytaxt klubunu tərk edəcək
Daha çox
Oxunub: 409
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 215
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 201
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə