• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Asiya Çempionlar Liqasında qalmaqal

Dünya futbolu

5-10-2023, 22:0

Asiya futbolunda qalmaqal baş verib.

"Football-plus.az" xəbər verir ki, rəsmi oyun siyasi səbəbdən baş tutmayıb. Hadisə cənub qonşumuz İranda baş verib. Çempionlar Liqasının qrup mərhələinin 2-ci turunda “Sepahan” Səudiyyə Ərəbistanı “Əl-İttihad”ını qəbul etməliydi. Lakin oktyabrın 2-də İsfahan şəhərində keçirilməli olan rəsmi oyun ləğv edilib.

Nə baş verib?
“Nəqş-e Cahan” stadionunda keçirilməli olan matç sıralarında məşhur fransalı futbolçular Kərim Benzema ilə Nqolo Kantenin də olduğu qonaq komandanın meydana daxil olmaqdan imtinasına görə baş tutmayıb. “Əl-İttihad” rəhbərliyinin bu qərarına futbola dəxli olmayan bir məqam rəvac verib. Stadiona təxminən 60 min tamaşaçı gəlib. Böyük arenada möhtəşəm atmosfer yaradan fanatlar matçın başlamasını səbirsizliklə gözləyiblər. Lakin start fitinə bir neçə dəqiqə qalmış qonaqların meydana çıxmayacağı məlum olub və az sonra matç ləğv olunub.

Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi matçdan iranlı sabiq generalın heykəlinə görə imtina edib. Bu barədə ilk növbədə “RMC Sport” məlumat yayıb. “Əl-İttihad” meydanın kənarında, ehtiyat oyunçular və məşqçilər üçün nəzərdə tutulan iki skamyanın arasında qoyulmuş heykələ görə oyuna başlamaqdan imtina edib. Qeyd edək ki, bu büst 2020-ci ildə İraqda pilotsuz təyyarənin hücumu zamanı həlak olan iranlı general Qasım Süleymaninin şərəfinə qoyulub. Səudiyyə Ərəbistanı mediasına görə, “Əl-İttihad” rəhbərliyi “futbolla heç bir əlaqəsi olmayan siyasi elementlər” səbəbindən meydana çıxmayıb. Ciddə klubuna boykota görə 0:3 hesablı texniki məğlubiyyət verilə bilər.

Tanınmış jurnalist Əhməd Əl-Omran imtinanın səbəbi ilə bağlı yeganə versiyanı təsdiqləyib. O, büstün iranlılar tərəfindən hazırlanan təxribat olmadığını da deyib: büst stadionda 2020-ci ildə qoyulub. Futbolçular matçdan əvvəlki gün məhz onun qarşısında məşq ediblər.

Büst “Əl-İttihad”ın əməkdaşları ilə oyuçularının diqqətini meydana ilk dəfə göz gəzdirərkən cəlb edib. Onlar dərhal bu haqda narazılığını hakimə və Asiya Futbol Konfederasiyasının (AFK) nümayəndələrinə bildirməyi lazım biliblər. Məsələ ondadı ki, futbol matçında siyasi ideyaların təbliği AFK-nın nizamnaməsinə ziddi. Bu təşkilatın məmurları “Sepahan”ın əməkdaşlarından büstün götürülməsini xahiş etsələr də, rədd cavabı ilə üzləşiblər. “Əl-İttihad”ın əməkdaşları əvvəlcə matçın 30 dəqiqəlik gecikmə ilə başlamasını istəyiblər. Az sonra isə komanda, ümumiyyətlə, oyuna çıxmaqdan boyun qaçıraraq stadionu tərk edib.

AFK-nın yaydığı məlumatda matçın “əvvəlcədən müəyyən edilməyən vəziyyətə görə” ləğv edildiyi bildirilib. İranlı jurnalist Hətəm Şirəlizadənin dediyinə görə, “Əl-İttihad” böyük ehtimalla texniki məğlubiyyətdən və cərimədən qaça bilməyəcək.

Maraqlıdı ki, “Sepahan”ın azarkeşləri də Süleymaninin büstü əleyhinə çıxış ediblər: tribunadakı çoxsaylı iranlı tərəfdarlar “biz futbolda siyasət istəmirik” və “büstü kənarlaşdırın” şüarlarını səsləndiriblər. Matçın ləğvi ilə bağlı qərar açıqlanandan sonra isə etiraz əlaməti kimi büstün olduğu yerə müxtəlif əşyalar və zir-zibil ataraq narazılıqlarını bildiriblər.

Yeri gəlmişkən, İran və Səudiyyə Ərəbistanı arasındakı 7 illik münaqişəyə bu ilin martında son qoyulub. Onda iki dövlət arasında Çinin vasitəçiliyi ilə diplomatik əlaqələrin bərpası ilə bağlı saziş imzalanmışdı. Ölkələrin idman komandalarının ev və səfər oyunlarının təşkili yalnız sentyabrda bərpa olunub. 2016-cı ildən ötən aya qədər baş tutan matçlar neytral meydanlarda təşkil edilib.

Süleymani kimdi?
Süleymani ilə bağlı da məlumat verək. O, İranın sabiq hərbi xadimi olub. İslam İnqilabı Keşikçiləri Korpusuna daxil olan “Əl-Qüds” xüsusi təyinatlı qruplaşmanın komandiri və general-leytenant rütbəsini daşıyıb. HƏMAS və “Hizbullah” qruplaşmalarına hərbi dəstək verib və Suriyadakı vətəndaş müharibəsi zamanı Bəşər Əsədin başçılıq etdiyi hökumətə yardım edib. Süleymani ölümünə qədər BMT-nin İranın nüvə silahını hazırlamaqla bağlı proqramına daxil olan 15 yüksək vəzifəli rəsmisindən ibarət “qara siyahı”sında idi. ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Con Maquayr onu Yaxın Şərqin ən nüfuzlu fiquru adlandırmışdı. ABŞ 2019-cu ilin yazında İslam İnqilabı Keşikçiləri Korpusunu və “Əl-Qüds”ü terrorçu təşkilatlar elan edib.

Süleymani Səudiyyə Ərəbistanı üçün Yəməndə 2014-cü ildən hərbi əməliyyatlar aparan İran hökumətinin siması sayılırdı. Aydın məsələdi ki, İran bu ölkədə şiələri, Səudiyyə Ərəbistanı isə sünniləri dəstəkləyir. İslamın sünni təriqəti səudiyyəlilərin dövlət dinidi.

2011-ci ildə Səudiyyə Ərəbistanında şiələr mitinq keçirmiş və yerli hakim dairələrin sərt reaksiyası ilə üzləşmişdilər. Bir ildən sonra din xadimi Nimr Əl-Nimr saxlanılmış, 2016-cı ilin yanvarında ona və 46 tərəfdarına cəza kəsilmişdi. İranın dini lideri Xameneyi bu addımı pisləmiş, Səudiyyə Ərəbistanının İranın paytaxtı Tehrandakı səfirliyi daşqalaq edilmişdi. Səudiyyə hakimiyyəti buna cavab olaraq İranı krallığın daxili işlərinə qarışmaqda ittiham etmiş və cənub qonşumuzla münasibətləri dayandırmışdı.

Bundan bir müddət keçəndən sonra ABŞ Süleymanini Səudiyyə Ərəbistanının paytaxt Vaşinqtondakı səfirinə qarşı sui-qəsd törətmək cəhdində ittiham etmişdi. Onun bunda məqsədinin iki ölkə arasında hərbi münaqişə törətmək olduğu vurğulanmışdı.

Süleymani ölkəsində milli qəhrəman sayılırdı: haqqında filmlər çəkilmiş, mahnılar yazılmışdı. Bir neçə gün əvvəl büstü rəsmi matçın ləğvinə şərait yaradan bu şəxs 2020-ci il yanvarın 3-də ABŞ-nin Hərbi Hava Qüvvələri tərəfindən Bağdada endirilən aviazərbə nəticəsində öldürülüb. İslam İnqilabı Keşikçiləri Korpusununun məlumatına görə, generalla İranın 5 şəhərində təşkil edilən vida mərasimində təxminən 25 milyon adam iştirak edib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

4-07-2023, 20:0

Benzema ilə bir komandada çıxış edəcək

Dünya futbolu

24-08-2023, 22:0

Benzema Səudiyyə Ərəbistanında problem yaşayır

Dünya futbolu

23-09-2023, 11:0

Ronaldolu ''Əl-Nəssr''dən ardıcıl 7-ci qələbə

Dünya futbolu

15-12-2022, 18:0

Səudiyyə Ərəbistanı yeganə namizəd oldu

Dünya futbolu

4-08-2023, 20:0

Səudiyyə Ərəbistanının çempionatı, yoxsa ulduz seyrangahı?

Dünya futbolu

2-08-2023, 14:0

Fabinyo da Səudiyyə Ərəbistanında oynayacaq

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 171
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə