“Əl-İttihad” Avropadan daha bir futbolçu transfer edib.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu “Seltik”dən Jota Neveşi alıb. “Sky Sports”un məlumatına görə, 24 yaşlı vingerlə 3 illik müqavilə imzalanıb. Transfer “Əl-İttihad”a 29 milyon avroya başa gəlib. Jota son mövsüm Şotlandiya liqasında 33 oyunda meydana çıxıb, 11 qol vurub və 11 məhsuldar ötürmə edib.
Əlavə edək ki, “Əl-İttihad” iyunda “Real”dan ayrılan Kərim Benzemanı da heyətinə qatıb.