Emreli oynadı, komandası məğlub oldu - YENİLƏNİB

5.10.2023 22:40 269
Konfrans Liqası
Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Xorvatiya) Konfrans Liqasında bu gün növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, Xorvatiya çempionu ikinci turda "Ballkani"nin qonağı olub. Kosovoda keçirilən görüşə Bakı vaxtı ilə saat 20.45-də start verilib. Həmyerlimiz matça ehtiyat oyunçular skamyasında başlayıb. O, fasilədən sonra meydana daxil olub. Futbolçumuz 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, Mahirin komandası KL-də ilk turda "Astana"nı 5:1 hesabı ilə darmadağın etmişdi.

20.45. "Ballkani" (Kosovo) - "Dinamo" (Zaqreb, Xorvatiya) 2:0
Almir Krezyu, 44, Valid Həmidi, 83