Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb, Xorvatiya) bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisi Çexiyada "Sparta"nın qonağı olacaq. Praqada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komandalar arasındakı ilk matçda "Dinamo" qələbə qazanıb - 3:1.
Avropa Liqası, pley-off mərhələsi, cavab oyunları
31 avqust
21.00 Sparta (Praqa, Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)
İlk oyun - 1:3.