İtudisi Spanulis əvəz edəcək

4.10.2023 14:32 364
İdman
Əfsanəvi oyun qurucusu Vasilis Spanulis Yunanıstanın basketbol yığmasının yeni baş məşqçisi olacaq.

"Football-plus.az" xəbər verir ki, bu haqda xəbəri yerli “Sport23” nəşri yayıb.

2024-cü ilin Olimpiya Oyunlarına qədər müqaviləsi olan Dimitris İtudisin milli komandadan getmək qərarı sonuncu dünya çempionatındakı uğursuzluqla bağlıdı. Xatırladaq ki, yunanlar turniri 15-ci yerdə bitirib.

Spanulisin çalışdırdığı “Peristeri” Yunanıstan çempionatının ötən mövsümündə 3-cü yeri tutub.