Yunanıstanın basketbol yığmasının lideri Yannis Adetokunbo qarşıdakı dünya çempionatını buraxacaq.
Bu xəbəri “Miluoki”nin forvardı sosial şəbəkə hesabında yayıb.
28 yaşlı basketbolçu iyulda dizindən artroskopik əməliyyata məruz qalıb və hələ bərpa dövrü keçir. Adetokunbo bir müddət əvvəl yığmanın DÇ üçün genişləndirilmiş heyətinə salınmışdı. Yunanıstan yığması turnirin qrup mərhələsində ABŞ, Yeni Zelandiya və İordaniya ilə mübarizə aparacaq. Dünya çempionatı 25 avqust – 10 sentyabr aralığında Yaponiya, İndoneziya və Filippində keçiriləcək.