• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kaşukla Mikelsin gedişi “Sabah”ın oyun planını məhv edib”

Premyer-liqa / Manşet

20-09-2023, 19:0

Ötən mövsümün "Sabah"ını Konfrans Liqasında da iş başında görən hər kəs komandanın çempionluq uğrunda mübarizə aparacağını gözləyirdi.

Hətta bəziləri Masazır təmsilçisini potensial çempion kimi görürdü. Lakin hazırda nə görürük? Komanda "Partizan"a cavab görüşündə penalti seriyasında uduzandan sonra heç cür özünə gələ bilir. Sanki vitse-çempion üçün həyat Belqradda dayandı. Bəs ardıcıl uğursuzluqların səbəbi nədi?
Komanda Bakıda güclü "Partizan"ı məğlub edəndən sonra çoxları artıq mərhələni keçildiyini düşündü. Görünür, bu inam futbolçuları da əsir edib. Amma itirəsi heç nəyi olmayan serblər Belqradda "bayquşlar"a mübarizlik və futbol dərsi keçdi. Məhz həmin oyundan sonra "Sabah" böhrana düşdü. Təbii ki, komandanın oyun planında müəyyən boşluqların olmasında Kaşukla Mikelsin yoxluğu da özünü göstərdi. "Qarabağ"a qarşı oynayan komanda isə artıq iflic orqanizmi xatırladırdı.

Kaşukla Mikels gedəndən sonra heyətə xeyli oyunçu cəlb olundu. Onların hər biri böyük ümidlərlə gətirilib. "Sabah" yay bazarlığında fəal olsa da, hələlik bunun meydanda bunun ifadəsi görünmür. Jarl Marqarita, Vinsent Til, Sofian Çakla, Maruan Hadudi, Kahim Parris, Cesse Sekidika, Ayaz Quliyev, həmçinin hələlik adı iştirak ərizəsinə salınmayan İshak Belfodildən uğur gözləmək əbəsdi. Adı çəkilənlərin hər biri nə komandaya uyğunlaşa, nə də Murad Musayevin futbol fəlsəfəsini mənimsəyə bilib. Əslində komanda bu qədər transfer həyata keçirəndə anlamalıydı ki, uyğunlaşma mərhələsi bir müddət çəkəcək. “Qarabağ”la oyunda Ayaq Quliyevə şans verilsə də, heç nə ilə yadda qalmadı. Düşünürəm ki, yeni oyunçular hələ komanda ilə daha çox məşq etməli və əvəzedici komandada 2-3 oyun keçirəndən sonra premyer-liqada şans qazanmalıdı. Əvəzində Seymur Məmmədov, Camal Cəfərov, İldar Alekberov kimi potensiallı gənclərə meydan verilməlidi.

Futbolda baş məşqçinin çılğın, coşqun olması nadir hal deyil. Murad Musayev də bu kateqoriyadan olan mütəxəssislərdəndi. Bəlkə də futbol ictimaiyyəti arasında xarakterinə və rusiyalı olduğuma görə onu xoşlamayanlar da var. Mən bu düşüncədə olanların hər birinə müxalifəm. Təbii ki, ötən mövsüm Murad Musayevə münasibətdə haqsızlıqlar oldu. Amma və lakin... Musayev ilk dövrədə artıq iki dəfə qırmızıyla "mükafatlanıb”. Bu da o deməkdi ki, çılğınlığı dozasını aşıb. Onun bu 6 tura iki dəfə cəzalı duruma düşməsi komandanın oyununa da təsir edir. Məşqlər, toplanışlarla yanaşı, oyunlarda da məşqçi komandanın yanında olmalıdı. Necə deyərlər, donanmanın kapitanı yerində olmalıdı. Odu ki, Murad Oleqoviç hərəkətlərinə çəki-düzən verməlidi.
"Sabah"ın uğursuzluq zolağının hədsiz uzanmasıyla bağlı təcrübəli mütəxəssis Əfqan Talıbovun da fikirlərini öyrəndik:

"Hansısa komandanın çıxışında daimi sabitlik yoxdu. Hardasa eniş-yoxuşa məruz qala, dalana ilişə bilirsən. Bu "Sabah"a da aiddi. Amma Masazır təmsilçisinin tənəzzülü sanki adət halına çevrilməkdədi. Mən bunun başlıca səbəbini komandanın iki düşünən beyni, vuran ayağı olan Kaşukla Mikelsin gedişində görürəm. Çoxları fikirimlə razılaşmaya bilər, amma onların gedişi oyun planını məhv edib. Hazırda komanda irəlidə yaradıcılığı ilə seçilən futbolçulardan məhrumdu. Apeh qabaritli forvarddı. O, rəqib müdafiəçiləri təzyiq altında saxlamaqla sirkələyə bilir. Volkov isə hücumçu kimi üzərinə düşən işin öhdəsindən gələ bilmir. Gürcü futbolçunun, ümumiyyətlə, "Sabah" kimi iddialı komandada olması düzgün deyil. Onun yeri elə "Qəbələ" idi. Bununla həm özünə, həm də bölgə təmsilçisinə fayda verərdi. Bəziləri deyə bilər ki, "bayquşlar" Kaşuksuz Konfrans Liqasında 3 qələbə qazandı, Mikelssiz "Partizanı doğma meydanda məğlub etdi. Bu uzaqdan baxışdı. Amma işin dərinliyinə getsək, başqa nüanslar üzə çıxır. Əvvəla "Sabah"ın qitəmiqyaslı yarışlarda uğurunun səbəbi rəqiblərin onu lazımınca qiymətləndirməməsiydi. RFŞ ilə oyunlara nəzər yetirsək, görərik ki, latviyalılar oyun planında, kreativlikdə, hücumlarda bizi üstələmişdi. "Partizan", ümumiyyətlə, “Sabah”ı yaxından təhlil etməmişdi. Rəqib ancaq ilk oyundan sonra "bayquşlar"ı tanıya bildi və Belqraddakı qarşılaşmada da gücünü göstərdi. Həmçinin onu da vurğulamaq lazımdı ki, hazırkı "Partizan"da güclü deyil, çox zəifləyib. Odu ki, elə avrokuboklardakı uğursuz çıxışdan indiyə kimi davam edən yenilgilərin səbəbi məhz aparıcı oyunçuların komandadan getməsinə və zədəyə görədi. Təbii ki, ardıcıl məğlubiyyətlər və qol vura bilməmək mənəvi böhranı daha da dərinləşdirir. Hazırda "Sabah"da oyun ritmi itib, “vuran ayaq” isə yoxdu. Yeni oyunçular hələ uyğunlaşma dönəmini keçə bilməyib. Son turda "Qarabağ"la oyuna baxsaq, ağdamlıların üstün və rahat çıxış etdiyini görərik. Qısası, "köhlən atlar"ın başı hələ avrokuboklara qarışıb. Onlar Masazır təmsilçisiylə oyundakı kimi tempi artırsa, bütün klublara güc gələcək. Başqa bir tərəfdən, "Qarabağ"ı kənara qoyub, digər komandaları təhlil etsək, "Zirə"dən çoxları belə start gözləmirdi. “Zirə” qol vurduqca, qələbə qazandıqca iştahı artır. Odu ki, qəsəbə təmsilçisi niyə də çempionluq üçün oynamasın?! Eləcə də ilk "4-lük" uğrunda mübarizəni götürsək, "Səbail"in, "Turan Tovuz"un iştahı artıb, "Araz-Naxçıvan"ın 10 xal toplayaraq ilk "4-lüy"ə qədər gəlib çıxmasını da unutmayaq. Sözüm budu ki, hazırkı mənzərəni nəzərə alsaq, "Sabah"ın da uğurusuzluğu davam etsə, heç ilk "5-lik" qalacağı da inandırıcı deyil. Düşünürəm ki, Murad Musayevi "Kəpəz"lə də asan oyun gözləmir. Bir nüansı da qeyd edim: "bayquşlar"ın ötən mövsümdəki yaxşı performansına görə qalan klublar artıq onu daha ciddi qəbul edir, dərindən təhlil aparır. Masazır təmsilçisi gəncəlilərlə matçda qələbə qazanmalıdı. Əks təqdirdə klub rəhbərliyinin baş məşqçiyə sərt tənqidi və xəbərdalıq etməsi qaçılmazdı. Eləcə də gəlin, "Kəpəz"i “qapazaltı” komanda saymayaq. "Sarı-göylər" maliyyə sıxıntısına rəğmən, yaxşı döyüşürlər. Məğlub olduqları oyunlarda da qol axtarışında olurlar. Həmçinin Gəncə təmsilçisinin lider komandalara qarşı daha yaxşı oynadığını da görmüşük. "Neftçi"ni məğlub etdilər, "Qarabağ" səfərindən xalla döndülər. Niyə də Masazır səfərində uğur qazanmasınlar?! Odu ki, "Sabah"ı "Kəpəz”lə də ağır, gərgin oyun gözləyir. Komanda toparlanmaq üçün qələbə qazanmalıdı. Əks təqdirdə böhran dərinləşəcək".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Avrokuboklar

17-08-2023, 13:0

Erkin İbrahimov Mikelsin yoxluğunu problem saymır

Ölkə futbolu / Manşet

6-09-2023, 13:0

“Sabah”ın böhranının səbəbləri nədi?

Ölkə futbolu / Manşet

8-08-2023, 14:0

Mikels “Sabah”ın məşqlərinə qatılmır?

Manşet / Konfrans Liqası

12-08-2023, 19:0

“Mikelsin "Partizan"la oyunda meydana çıxmaması mənəvi cəhətdən düzgün olmadı”

Premyer-liqa / Manşet

14-02-2023, 18:0

Coy-Lens Mikelsin “Qarabağ”la oyunda erkən əvəzlənməsinin səbəbi - AÇIQLAMA

Dünya futbolu

16-08-2023, 15:0

"Sabah"ın rəqibindən transfer

Aktual
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
Son xəbərlər
  • Bu gün, 20:00
    “Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
  • Bu gün, 19:41
    Millimiz ilk qrup qələbəsini qazandı - AÇ
  • Bu gün, 19:01
    “Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
  • Bu gün, 18:40
    ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
  • Bu gün, 18:19
    Nunyeslə Salahın yolu bu dəfə İstanbulda kəsişə bilər
  • Bu gün, 17:58
    Milandan Turinə yollana bilər
  • Bu gün, 16:31
    "Neftçi" Yunanıstan klubuna qarşı - ÇL
  • Bu gün, 16:01
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 15:30
    Salahın bir ayağı artıq ''Beşiktaş''dadı!
  • Bu gün, 14:51
    ÇSKA “Qarabağ”la oyun üçün biletləri satışa çıxardı – bizim azarkeşlər üçün sərbəst satış olmayacaq!
  • Bu gün, 14:20
    ''Qalatasaray'' A seriyasının debütantına uduzdu
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
Daha çox
Oxunub: 205
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 133
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 96
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə