"Football-plus.az" xəbər verir ki, haqda xəbəri “Aston Martin”in saytı yayıb. Söhbət Böyük Britaniyanın kartinq üzrə çempionu Cessika Hokinsdən gedir.
28 yaşlı britaniyalı Budapeşt yaxınlığındakı “Hunqarorinq” avtodromunda 2021-ci ilin bolidində 26 dövrə vurub. Hokins sınaqdan sonra emosiyalarını gizlətməyib:
“Həqiqətən də, çıxışımla qürur duyuram. Mükəmməlləşməyə davam edəcəm. Başqa qadınları da ruhlandırmaq, arzuma çatmaq istəyirəm”.
Sonuncu dəfə 2018-də “Formula-1” bolidinin sükanı arxasına “Zauber” komandasında kolumbiyalı Tatyana Kalderon keçmişdi.


