Alonso 400-ə çatmaq istəyir

21.09.2022 14:13 301
İdman
“Alpin”in pilotu Fernando Alonso “Formula-1” yarışlarında “Qran-pri” sayındakı rekordu təkrarlamasına şərh verib.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 11-də karyerasındakı 349-cu yarışa çıxan ispan pilot Kimi Raykkonenin rekordunu təkrarlayıb:

“Bəli, bu statistikadan xəbərdaram, çünki jurnalistlər hər mərhələdə bunu təkrarlayırlar. Məni isə bu məqam az maraqlandırır. Uzun illər ərzində “Formula-1” üzrə dünya çempionatında çıxış etdiyimə görə şadam. İrəlidə isə məni iki, bəlkə də daha artıq mərhələ gözləyir. Nə qədər uzun müddət çıxış edəcəyimi kim bilir?! Odu ki, əlbəttə, 400 “Qran-pri” nöqtəsinə çatmalıyam. Bu möhtəşəm rəqəm mənim yarış ehtirasımı və intizam səviyyəmi göstərir”.


41 yaşlı pilot gələn mövsüm “Aston Martin”in şərəfini qoruyacaq. Müqavilə birilliyə nəzərdə tutulub.