Səudiyyə Ərəbistanı fondu “Aston Martin”in səhmdarı olacaq

20.07.2022 22:27 387
İdman
Səudiyyə Ərəbistanının Suveren fondu (PIF) “Aston Martin” şirkətinin ən böyük 2-ci səhmdarı olacaq.

"Football-plus.az" xəbər erir ki, bu haqda xəbəri “Sky Sports” yayıb. Böyük Britaniyanın avtomobil istehsalçısı bu qurumdan alınacaq vəsaiti borcların ödənilməsinə xərcləyəcəyini bildirib. Satış əlavə səhmlərin buraxılması formasında həyata keçirilib. Belədə bütün qalan səhmdarların payı azalıb. Məsələn, “Aston Villa”ya faktiki nəzarət edən kanadalı biznesmen Lourens Strollun payı 18,3 faizə enib. “Mersedes”ə məxsus olan pay isə 9,7 faizə qədər azalıb.

Yeni sahibin cəlb olunmasının əsas səbəbi dünyada iqtisadi vəziyyətin pisləşməsi fonunda “Aston Martin”in maliyyə göstəricilərində yaşanan eniş və tələbatın aşağı düşməsidi.

Bu arada “Aston Martin” komandasının rəhbəri Mayk Krak artıq pilot Sebastyan Fettellə yeni müqavilə ilə bağlı danışıqlara başladığını bildirib:

“Danışıq aparırıq. Sebastyan çox pozitiv və konstruktiv əhval-ruhiyyədədi. Odu ki, əməkdaşlığı davam etdirə biləcəyimizə ümid edirəm. O, ötən iki il ərzində komanda üçün çox güc qoyub. Cari danışıqlarda da uğur qazanacağımıza əminik”.


Dördqat dünya çempionu olan 35 yaşlı pilotun “Aston Martin”lə müqaviləsinin müddəti cari mövsümün sonunda bitəcək.