“Real”ın məşqçiləri Kərim Benzemaya görə narahatdılar.
O, La Liqanın 29-cu turunun “Barselona” ilə martın 20-də “Santyaqo Bernabeu” stadionunda keçiriləcək prinsipial matçını buraxacaq. Son məşqlərdə iştirak etməyən fransalı hücumçu baldır əzələsindəki zədəsini hələ də sağalda bilməyib.
Kərim La Liqanın “Malyorka” ilə oyununda (3:0) sıradan çıxmışdı. O, bu səbəbdən Fransa yığmasına Kot d’İvuar və Cənubi Afrika ilə yoldaşlıq oyunlarında da kömək edə bilməyəcək.