Kolumbiya futbolunda faciə baş verib. Klub rəhbərinə qarşı sui-qəsd törədilib.
“Football-plus.az” xəbər verir ki, “Tiqres”in prezidenti Edqar Paes öldürülüb. Hadisə bazar ertəsi baş verib. Klubun rəhbəri ölkə çempionatının 13-cü turunda “Atletiko”ya məğlubiyyətdən (2:3) sonra evə qayıdarkən güllələnib. Paes hadisə yerindəcə ölüb. Onun güllələnməsinə səbəb kimi komandanın uğursuz çıxışı qeyd edilir.
“Tiqres” hazırda 2-ci divizionda keçirdiyi 13 oyuna yığdığı 9 xalla sonuncu – 16-cı yeri tutur.