Panamalı futbolçu öldürüldü

8.09.2023 11:55 233
Dünya futbolu
Panama yığmasının oyunçusu öldürülüb: Xilberto Ernandes küçə atışması nəticəsində həlak olub.

"Football-plus.az" xəbər verir ki, hadisə Panamanın Kolon şəhərində baş verib.

Yerli “Critica” qəzetinin yaydığı xəbərə görə, iki silahlı şəxs taksi ilə hərəkətdə olarkən xəbərdarlıq etmədən odlu silahdan atəş açmağa başlayıb. Nəticədə 8 nəfər güllə yarası alıb. Xəstəxanaya aparılan Xilbertonun həyatını xilas etmək mümkün olmayıb. “İndependyente”də çıxış edən 26 yaşlı müdafiəçi Panama yığmasında 2 oyun keçirmişdi.

Polis atəş açan şəxslərdən birini həbs edib. Onların istifadə etdikləri taksinin sürücüsü də saxlanılıb.