Harri Maquayr mövsümün sonunda klubunu tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in onu yayda transferə çıxaracağı istisna edilmir. Yerli mənbələrə görə, Erik ten Haq müdafiəçinin oyunundan narazıdı. Baş məşqçini Harrinin ləng oyun sərgiləməsi qane etmir.
Maquayr MY-də 2019-cu ildən çıxış edir. 30 yaşlı futbolçu bu mövsüm premyer-liqada 11 oyunda meydana çıxmaq şansı qazanıb.