• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolun coğrafiyası genişləndi, azarkeş sayı isə artmadı - ARAŞDIRMA

Ölkə futbolu / Manşet

28-09-2023, 12:0

İyunun 16-sı ölkə futbolunda tarixi hadisə baş verdi.

Belə ki, AFFA İcraiyyə Komitəsinin iclasında 1-ci və 2-ci liqanın yaradılmasıyla bağlı qərar qəbul olundu. O vaxt AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev bu addımın əhəmiyyətli nəticələri olacağını və futbolumuzun inkişafını sürətləndirəcəyini demişdi. Bununla yanaşı, liqaların və klubların sayını artırmaqda məqsəd kütləviliyi təmin etmək, xüsusən də bölgələrdə azarkeşləri stadionlara cəlb etmək və futbola marağı artırmaq idi. Bilindiyi kimi, artıq hər iki liqada yeni mövsüm start götürüb. 1-ci liqada iki tur geridə qalıbsa, 2-ci liqada 4-cü tura bu gün yekun vurulacaq. Görəsən, futbol qurumları yuxarıda xatırlatdığımız hədəflərə nə dərəcədə nail olub? Futbolsevərlər yeni liqalara maraq göstərirmi? Bu sualın cavabını ilk növbədə PFL-in saytında yer alan protokollarda axtardıq. Hər iki liqada turlar üzrə ümumi tamaşaçı sayına nəzər salaq.

1-ci liqa
1-ci tur – 4475
2-ci tur – 1320
10 oyunu 5795 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 580 nəfər deməkdi.

2-ci liqa
1-ci tur – 3480
2-ci tur – 1475
3-cü tur – 1820
4-cü tur – 350
(ilk 6 matçın nəticəsidi. “Dinamo” – “Füzuli” oyunu bu gün keçiriləcək – red.)

27 oyunu 7125 azarkeş izləyib, bu da hər oyuna orta hesabla 264 nəfər deməkdi.

Beləliklə, 1-ci liqada ilk iki turun oyunlarını 5795, 2-ci liqada ilk dörd turun oyunlarını isə 7125 azarkeş izləyib. Maraqlıdı ki, elitaya vəsiqə uğrunda mübarizə aparan klubların oyununa maraq 2-ci turda 1-ci ilə müqayisədə kəskin azalıb. Görünür, ya komandalar, ya da təşkilatçılıqdakı çatışmazlıqlar elə ilk cəhddə futbolsevərləri küsdürüb. Əlbəttə, zaman keçdikcə tamaşaçı sayında artım istisna olunmur. İndidən turnirin özünü doğrultmadığını iddia edə bilmərik. Lakin ilk turla müqayisədə ikincidə azarkeş sayının 3 dəfədən çox azalması maraqlı məqamdı. Üstəlik 4475 rəqəmi sizi aldatmasın. Bunların 2500-ü Aran derbisində, yəni “Karvan” – “Mingəçevir” matçında, 1100-ü isə “Araz-Saatlı” – “İmişli” görüşündə qeydə alınıb. İkinci turdakı 1320 izləyicinin 600-ü “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununa gəlib.

2-ci liqada da sabitlik yoxdu. Gah azalan, gah artan tempin hansı yöndə davam edəcəyi bəlli deyil. Hər halda, ilk turda 3480 azarkeşdən 1100-ü “Şəki” – “Dinamo”, 550-si isə “Ağdaş” - “Şahdağ Qusar” matçını izləyib. 2-ci turda 1-ci liqanın həmin mərhələsindəki aqibət yaşanıb. Ümumi azarkeş sayı, demək olar ki, 3 dəfə aşağı düşüb. Xoşbəxtlikdən 3-cü turda azarkeş sayında müəyyən artım qeydə alınıb. Təəssüf ki, axırıncı nəticələr uzun sürməyən xoş gözləntilərə son verib. Azarkeş sayı “möcüzəvi” şəkildə 5 dəfə azalıb. Bunu hansısa faktla izah etmək çətindi. Bəlkə də lokal xarakterli antiterror əməliyyatı futbolsevərlərin diqqətini yayındırıb....

İndi isə bu rəqəmləri Misli premyer-liqasıyla müqayisə etmək vaxtıdı. Deməli, ilk 7 turda keçirilən 34 matçı (“Sumqayıt” – “Sabah” oyunu təxirə salınıb – red.) 48131 azarkeş izləyib. Bu, elitada hər oyunu orta hesabla 1416 nəfərin stadiondan izləməsi deməkdi. Göründüyü kimi, 1-ci və 2-ci liqa orta azarkeş sayı baxımından elitadan çox geridədi. Çox güman, aşağı dəstələrdə oyunların həftəiçi keçirilməsinin də belə nəticələrdə payı böyükdü. İstənilən halda, təşkilatçılara düşünmək üçün müəyyən material verdik. Sizli-bizli stadionlara daha çox azarkeşin gəlməsini istəyirik. Amma belə görünür ki, nələrisə dəyişmək lazımdı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

8-05-2023, 13:0

AFFA prezidenti Klublar Komitəsinin iclasında iştirak etdi

Aktual

16-06-2023, 14:0

İcraiyyə Komitəsindən legioner əvəzetməsi ilə bağlı yeni qərar

Ölkə futbolu

31-08-2022, 15:0

Klublar Komitəsinin sədri bu klubun prezidenti oldu

Ölkə futbolu / Manşet

18-09-2023, 13:0

Elxan Səmədov: “Məqsədimiz budu ki, premyer-liqada komandaların sayı artsın”

Manşet / Müsahibə / Günün xəbəri

10-03-2022, 18:0

Premyer-liqa üçün lisenziya alan klubların adı mayda açıqlanacaq - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

9-06-2023, 12:0

"AFFA-nın gündəmində premyer-liqada komanda sayını artırmaq yoxdu"

Aktual
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
Son xəbərlər
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Dünən, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Dünən, 15:32
    Bütün həmkarlarını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 202
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 191
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə