• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Bavariya” yenə “Bohum”u 7 yerə parçaladı - TURUN ŞƏRHİ

Dünya futbolu

27-09-2023, 18:0

Tur “Ştutqart”ın debütant “Darmştadt” üzərində inamlı qələbəsi ilə start götürdü.

“Football-plus.az” xəbər verir ki, 5 tura 12 xal şvabiyalıların XXI əsrdə ən uğurlu startıdı! Komanda sonuncu dəfə çempion olduğu 2006/07-də ilk 5 tura cəmi 7 xal toplamışdı.

Deyəsən, “Bavariya”nın bundesliqada yeni hobbisi yaranıb. Komanda ardıcıl 3-cü mövsümdü ilk dövrədə “Bohum” üzərində 7:0-lıq qələbə qazanır! Bu nəticə ötən mövsümün 3-cü turunda səfərdə, 2021/22-nin 5-ci turunda isə “Alyans Arena”da qeydə alınmışdı. Ümumiyyətlə, “Bohum” Münhendə güclü rəqibinə qarşı bundesliqada keçirdiyi 37 qarşılaşmanın yalnız birində (1991-in avqustunda) qalib gəlib. Topların daha yaxşı fərqinə görə liderliyi ələ keçirən “Bavariya” həm də bundesliqada evdə qol vurmaq seriyasını 60 oyuna çatdırdı! Bu, turnirin tarixinin ən yaxşı 3-cü göstəricisidi. Maraqlıdı ki, ən yaxşı 2 göstərici də məhz elə “Bavariya”ya məxsusdu (1979-82 62 oyun; 1970-74 64 oyun). Dortmund “Borussiya”sı çətinliklə də olsa, “Volfsburq”un müqavimətini qırmağı bacardı. Bundesliqada məğlubiyyətsiz seriyası 13 oyuna yüksələn “arılar”ın da qol seriyası davam edir. “Bavariya”nı bu göstəricidə qarabaqara izləyən “Borusiyya” evdə ardıcıl 54-cü çempionat oyununda qol vurmaqla şəxsi rekordunu bir qədər də yaxşılaşdırdı.

“Leyptsiq”, nəhayət, Münhenqladbax sindromuna son qoydu. “Öküzlər” son 3 mövsümdə bu şəhərdən məğlubiyyətlə qayıtmışdılar. Vernerin mövsümdəki ilk qolu tam yerinə düşdü. “Union”, deyəsən, yavaş-yavaş həm ÇL-də, həm də çempionatda oynamağın çətinliyini hiss etməyə başlayır. Ortabab heyətlə boyundan yuxarı tullanaraq ÇL-ə vəsiqə qazanan paytaxt təmsilçisi heç cür uğursuzluq zolağından çıxa bilmir. “Union” bu turu da xalsız başa vurmaqla ardıcıl 4-cü rəsmi oyunda uduzdu. “Hoffenhaym” “Bavariya”, Dortmund “Borussiya”sı və “Leyptsiq”dən sonra “Union”u bundesliqada səfərdə məğlub edən cəmi 4-cü komanda oldu. “Qarabağ”ın AL-in qrup mərhələsindəki rəqiblərindən olan “Bayer-04” növbəti dəfə inamlı qələbə qazandı. 5 tura 13 xal leverkuzenlilərin yeni rekordudu! Nigeriyalı forvard Bonifas bundesliqada 5-ci oyununda 3-cü dəfə dubl etdi. Turnirin tarixində daha öncə yalnız 2 futbolçu – 1976-da “Fortuna”nın üzvü Yan Mattsson və 2020-də “Borussiya”lı Erlinq Holann ilk 5 oyunda 3 dəfə dubl etmişdi. Almaniyanı avrokuboklarda təmsil edən komandaların - “Ayntraxt”la “Frayburq”un dueli qolsuz bitdi. İki qələbəsiz komandanın duelində isə “Auqsburq” “Maynts-05”dən üstün oldu. Yeri gəlmişkən, onu da bildirək ki, bundesliqa tarixində ilk dəfə 5-ci turdan sonra 5 komanda hələ də qələbəyə həsrətdi.

5-ci tur
Bavariya – Bohum 7:0
Çupo-Motinq, 4. Keyn, 12; 54-p.; 89. De Liqt, 29. Sane, 38. Tel, 81. (75000)
Bavariya: Ulrayx, Mazraui, De Liqt (Upamekano, 46), Kim Min Çje, Devis (Kratsiq, 65), Kimmix (Qoretska, 77), Laymer, Sané, Çupo-Motinq (Tel, 65), Koman (Müller, 77), Keyn.

Borussia D – Volfsburq 1:0
Roys, 69. (81365)
Borussiya: Kobel, Ryuyerson, Hummels, Şlotterbek, Bensebayni, F.Nmeça, Salih Özcan, Roys (Əmrə Can, 83), Bayno-Gittens (Malen, 63), Brandt, Füllkruq (Alle, 78).

Borussiya M – Leyptsiq 0:1
Verner, 75. (50122)
Leyptsiq: Blasvix, Henrixs, Simakan, Lukeba, Raum, Simons (Zayvald, 84), Şlager (Klostermann, 84), Kampl, Karvalyo (Baumqartner, 70), Openda (Poulsen, 69), Şeşko (Verner, 70).

Union – Hoffenhaym 0:2
Kramariç, 22-p. Bayer, 38. (20000)
Union: Rönnov, Yuranoviç, Duxi, Bonuççi (Kaufmann, 80), Leyte, Qosens (Russiyon, 80), Haberer, Tuzar (Layduni, 75), B.Aaronson (Fofana, 46), Bekker (Hollerbax, 69), Berens.

Bayer-04 – Haydenhaym 4:1
Bonifas, 9; 74-p. Hofmann, 63. Adli, 82 – Ərən Dinkçi, 58. (29557)
Bayer-04: Qradetski, Frimponq (Tella, 79), Kossunu, Ta, Tapsoba, Qrimaldo (İnkapye, 85), Caka, Palasios (Andrix, 71), Hofmann, Virts (Adli, 71), Bonifas (Hlojek, 85).

Ayntraxt F – Frayburq 0:0
(55800)
Ayntraxt: Trapp, Buta (Knauff, 65), Tuta, Kox, Paço, Nkunku (Maks, 80), Skiri, Larsson, Dina Ebimbe (Götse, 57), Çaibi (Ferri, 80), Marmuş (Nqankam, 65).
Frayburq: Atubolu, Şallai, Ginter, Linhart, Sildilliya, Kübler (Şmidt, 84), Keytel, Eqqeştayn, Doan (Filipp, 74), Qrifo (Vaysshaupt, 74), Höler (Adamu, 84).

Ştutqart – Darmştadt 3:1
Girassi, 32; 90+2. Miyo, 22 – Zaqadu, 17-öz qapısına. (54000)

Verder – Köln 2:1
Borre, 38. Njinma, 67 – Zelke, 31. (42100)

Auqsburq – Maynts-05 2:1
Demiroviç, 15; 45 – Ajork, 6. (27310)

1. Bavariya 5 4 1 0 18-4 13
2. Bayer-04 5 4 1 0 17-6 13
3. Ştutqart 5 4 0 1 17-7 12
4. Leyptsiq 5 4 0 1 14-4 12
5. Hoffenhaym 5 4 0 1 12-6 12
6. Borussiya D 5 3 2 0 9-5 11
7. Volfsburq 5 3 0 2 7-6 9
8. Ayntraxt F 5 1 4 0 4-3 7
9. Frayburq 5 2 1 2 5-10 7
10. Union 5 2 0 3 9-9 6
11. Verder 5 2 0 3 8-10 6
12. Auqsburq 5 1 2 2 9-13 5
13. Haydenhaym 5 1 1 3 9-13 4
14. Bohum 5 0 3 2 4-16 3
15. Borussiya M 5 0 2 3 8-13 2
16. Köln 5 0 1 4 4-9 1
17. Darmştadt 5 0 1 4 6-16 1
18. Maynts-05 5 0 1 4 4-14 1
Bombardirlər: Girassi (Ştutqart) – 10, Keyn (Bavariya) - 7, Bonifas (Bayer-04) – 6.

Növbəti turun oyunları sentyabrın 29-u - oktyabrın 1-i aralığında keçiriləcək: Hoffenhaym - Borussiya D, Leyptsiq – Bavariya, Bohum – Borussiya M, Haydenhaym – Union, Frayburq – Auqsburq, Volfsburq – Ayntraxt F, Maynts-05 – Bayer-04, Köln – Ştutqart, Darmştadt – Verder.

Turun rəqəmi
10 – bundesliqada ötən mövsüm bombardir olmaq üçün 16 qol vurmaq kifayət etmişdi. Bu mövsüm isə cəmi 5 turdan sonra hesabında 10 qol olan futbolçu var! Söhbət “Ştutqart”lı Girassidən gedir. “Torba-torba” qollar vuran 27 yaşlı forvard bunun sayəsində hər tur bir rekordla yadda qalır. Bundesliqa tarixində daha öncə 5 tura 10 qolu yalnız bir futbolçu – 2020/21-də “Bavariya”nın heyətində Levandovski vurmuşdu. Girassi, ümumiyyətlə, bu mövsüm “böyük beşlik”də 10 qol həddinə çatan ilk futbolçudu.

Turun ulduzu
Harri Keyn (Bavariya) – İngiltərə yığmasının kapitanının bundesliqaya uyğunlaşması gözləniləndən də yaxşı keçir. Keyn “Bavariya”nın “Bohum”un qapısına göndərdiyi 7 qoldan 5-də iştirak edərək 90 dəqiqəni 3 qol, 2 məhsuldar ötürmə ilə tamamladı. 30 yaşlı ulduz turnirin tarixində Kevin Kiqan (1970), Toni Vudkok (1980, 1982) və Ceydon Sançodan (2020) sonra het-trik edən 4-cü ingiltərəli futbolçu oldu. Onu da bildirək ki, Keyn 5 oyunda artıq 10 qolun vurulmasında (7 qol, 3 məhsuldar ötürmə) yaxından iştirak edib və bu da bundesliqanın yeni rekordudu. Eyni zamanda “Bavariya” tarixində də buna qədər ilk 5 budnesliqa matçında 7 qol vuran futbolçu olmamışdı!

Turun sitatı
Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi: “Bohum son dönəmlərdə bizə problem yaratmağı bacaran komandalardandı. Hava toplarında və rəqibdən dönən toplarda mümkün qədər uğurlu oynamağa çalışdıq. Bu plan özünü doğrultdu. Ümumiyyətlə, yaxşı forma yığmışıq. Topa mükəmməl nəzarət etdik və fürsətlərdən əla yararlandıq. Komandamın motivasiyasından və oyuna yanaşma tərzindən razı qaldım. Bu oyun irəliyə doğru atılmış önəmli bir addım oldu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

14-08-2023, 22:0

Bundesliqada mövsümün təqvimi bəlli oldu

Dünya futbolu

5-04-2023, 14:0

“Borussiya” “Alyans Arena”da yenə eyni aqibətlə üzləşdi – 26-cı turun şərhi

Dünya futbolu

2-06-2023, 21:0

Bundesliqada hamını arxada qoydu

Dünya futbolu

18-09-2022, 12:0

''Fənərbaxça''ya lazım olmayan Berişa ''Bavariya''nın ''evini yıxdı''

Dünya futbolu

3-05-2023, 16:0

Lider yenə dəyişdi, hakim səhvini etiraf etdi - TURUN ŞƏRHİ

Aktual
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
Son xəbərlər
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
Daha çox
Oxunub: 192
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 166
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə