AFFA rəsmisi UEFA-dan təyinat aldı

27.09.2023 12:58 238
Ölkə futbolu
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrənin "Yanq Boyz" komandaları arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 4-də Belqradda gerçəkləşəcək.