AFFA rəsmisi "Qalatasaray"ın oyununa təyinat alıb

14.09.2023 13:51 204
Ölkə futbolu
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Türkiyədə "Qalatasaray" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək Gənclər Liqasının qrup mərhələsinın 1-ci turunun oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma sentyabrın 20-də İstanbulda baş tutacaq.