AFFA rəsmisi Çempionlar Liqasına təyinat aldı

30.06.2022 10:35 441
Dünya futbolu
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Slovakiyada Bratislava "Slovan"ı ilə Gürcüstanın "Dinamo" (Batumi) komandası arasında keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.

Matç iyulun 6-da baş tutacaq.