Millimizin futbolçusu Renat Dadaşov bu gün Türkiyə superliqasında debüt edə bilər.
"Football-plus.az" xəbər verir ki, 24 yaşlı mərkəz hücumçunun yeni komandası "Hatayspor" 5-ci turda "Fatih Karagümrük" komandasının qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.
Qeyd edək ki, "Hatayspor"un sosial mediada bu matç üçün paylaşdığı posterdə R.Dadaşovun şəkli yer alıb.