“Transfermarkt” portalı A seriyasının oyunçularının yeni qiymətlərini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, siyahıya bu liqanın son çempionu başçılıq edir.
İtaliya çempionatının ən bahalı oyunçusu 120 milyon avro dəyərində qiymətləndirilən “Napoli”nin hücumçusu Viktor Osimhendi. İlk “5-lik”də nigeriyalı futbolçunun komanda yoldaşı, Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya da var. Transfer dəyəri 85 milyon avro olan 22 yaşlı futbolçu siyahıda Lautaro Martines (İnter) ilə 3-4-cü yerləri bölüşür. A seriyasının ən bahalı 10 oyunçusunun siyahısını nəzərinizə çatdırırıq (futbolçuların dəyəri milyon avro ilə ifadə edilib).
1. Viktor Osimhen (Napoli) 120
2. Rafael Leao (Milan) 90
3-4. Lautaro Martines (İnter) 85
3-4. Xviça Kvaratsxeliya (Napoli) 85
5. Nikolo Barella (İnter) 75.
6. Duşan Vlahovic (Yuventus) 70
7-9. Teo Ernandes (Milan) 60
7-9. Alessandro Bastoni (İner) 60
7-9. Kim Min Ce (Napoli) 60
10. Sergey Milinkoviç-Saviç (Latsio) 50