Diniyevli "Ümraniyespor" Arda Turanın komandasına uduzdu

23.09.2023 11:34 265
Dünya futbolu
Türkiyə 1-ci liqasında 6-cı turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin də formasını geyindiyi “Ümraniyespor” səfərdə Arda Turanın baş məşqçilik etdiyi “Eyupspor”la qarşılaşıb.

"Ümraniyespor" "Eyupspor"a 0:2 hesabı ilə uduzub.

Coşqun Diniyev də bu matçın iştirakçısı olub. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, “Ümraniyespor” turnir cədvəlində 2 xalla 18-cidir.