Coşqun Diniyev milliyə çağrıldı

2.09.2023 15:17 296
Yığma
Türkiyə “Ümraniyespor”unda çıxış edən Coşqun Diniyev millimizə dəvət alıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Belçika ilə AÇ-2024-ün seçmə mərhələ və İordaniya ilə yoldaşlıq oyunlarına çağırılıb.

Baş məşqçi Canni De Byazinin yığmanın heyətini Azərbaycan Premyer Liqasının V turunun oyunlarından sonra açıqlayacağı gözlənilir.

Millimiz sentyabrın 9-da Belçikanı, bundan 3 gün sonra isə İordaniyanı qəbul edəcək. Hər iki qarşılaşma Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək.

Qeyd edək ki, Coşqun Diniyev “Ümraniyespor”a bu ilin yayında “Səbail” komandasından keçib.