Mahir Emreli oynadı, "Dinamo" heç-heçə etdi

30.06.2023 10:59 260
Dünya futbolu
Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

"Football-plus.az" xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın "Koper" klubu ilə üz-üzə gəlib. Matç 2:2 hesablı bərabərliklə başa çatıb.

Mahir Emreli qarşılaşmaya ehtiyatda başlayıb. 26 yaşlı hücumçu oyuna ikinci hissədə daxil olub.