“Marsel” baş məşqçi Xorxe Sampaoli ilə yolları ayırıb.
Argentinalı mütəxəssislə əməkdaşlıq qarşılıqlı razılaşma əsasında dayandırılıb. Fransa mənbələri məşqçinin gedişinə klubun transfer siyasətindən narazılığının səbəb olduğunu iddia edir. Sampaoli Çempionlar Liqasında oynayacaq komandanın daha da güclənməsinin zəruriliyini vurğulayıb. Lakin klub rəhbərliyi pula qənaət etməyi lazım bilir. Sampaoli “Marsel”i 2021-ci ilin fevralından çalışdırırdı. Komanda onun rəhbərliyi altında Liqa 1-in son mövsümündə 2-ci yeri tutub.
Son xəbərlərdə Sampaoliyə İqor Tudor ilə Marselino Qarsiya Toralın xələf olmaq şansının olduğu qeyd edilir.