Yulian Draksler də karyerasını Asiyada davam etdirəcək. Amma o, çoxları kimi Səudiyyə Ərəbistanına deyil, Qətərə üz tutub.
"Football-plus.az" xəbər verir ki, PSJ-nin oyunçusu ilə bağlı xəbəri insayder Fabritsio Romano yayıb. Artıq Qətərin paytaxtı Dohada olan almaniyalı yarımmüdafiəçi “Əl-Ərəbi”nin düşərgəsində tibbi müayinədən keçib. Yulian PSJ-də 2016-cı ildən çıxış edirdi. Fransa klubu ilə 2024-cü ilin yayına qədər müqaviləsi olan 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Benfika”nın formasını daşıyıb.