Mahrez də Asiyada oynayacaq

31.07.2023 12:37 236
Dünya futbolu
Gözlənildiyi kimi, Riyad Mahrez “Mançester Siti”ni tərk edib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu da Səudiyyə Ərəbistanına üz tutub.

O, “Əl-Əhli”yə keçib. “Şəhərlilər”in mətbuat xidmətinin məlumatında yalnız Mahrezin bu komandada oynayacağı bildirilib. Tanınmış insayder Fabritsio Romano isə “Əl-Əhli”nin bu transfer üçün İngiltərə klubuna 30 milyon avro ödədiyini xəbər verib.

Əlcəzair millisinin də aparıcı oyunçularından sayılan Riyad MS-də 2018-ci ildən çıxış edirdi. 32 yaşlı yarımmüdafiəçi ötən müddətdə mavi formada bütün turnirlərdə 236 oyun keçirib, 78 qol vurub və 59 məhsuldar ötürmə edib.