Millimizin futzalçısı heyətdən kənarlaşdırıldı

18.09.2023 10:52 348
İdman
DÇ-2024-ün elit mərhələsində Bakıda Niderland yığması ilə üz-üzə gələcək futzal üzrə millimizin heyətində dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, İsa Atayev heyətdən kənarlaşdırılıb.

Onun əvəzinə Macarıstanın “Studio Futsal Nyiregyhaza” klubunda çıxış edən Maneka düşərgəyə cəlb olunub.

Qeyd edək ki, sentyabrın 20-də Bakı İdman Sarayında reallaşacaq Azərbaycan - Niderland görüşü saat 18.30-da başlayacaq. Komanda daha əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə uduzub.