Azərbaycan - Niderland matçının təyinatları açıqlandı

20.08.2023 10:51 292
Yığma
Final mərhələsi 2024-cü ildə Özbəkistanda təşkil olunacaq futzal üzrə dünya çempionatının elit-raundunda keçiriləcək Azərbaycan - Niderland oyununa təyinatlar açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 20-də, saat 20.00-da, Bakı İdman Sarayında keçiriləcək matçı Kiprdən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yianqos Yianqou olacaq. Ona Nikolas Nikolaou və Larisa Eleni Avramidou kömək edəcək.