Totti “Roma”ya qayıdır?

19.09.2023 20:51 214
Dünya futbolu
Françesko Totti “Roma”ya qayıda biləcəyinə işarə vurub.

“Football-plus.az” xəbər verir ki, İtaliya klubunun sabiq hücumçusu baş məşqçi Joze Mourinyonun onunla bağlı fikrinə müsbət reaksiya verib. “Roma”da 1993-2017-ci illərdə çıxış edən 46 yaşlı futbol veteranı bu haqda belə deyib:
“Mourinyo mənim yenidən “Roma”da olmağımı istəyir? Mən də belə düşünürəm. O, haqqımda belə fikir səsləndirib. Odu ki, gözləyək. “Roma”ya ehtiyacım var”.