10 ton qum, 30 ton da rezin qırıntısı – Saatlı əlac tapdı

19.09.2023 15:36 283
Aktual / I liqa
Ötən həftə 1-ci liqada yeni mövsüm start götürdü. "Araz Saatlı" - "İmişli" oyununda meydan sahiblərinin stadionunda çatışmazlıq vardı. Belə ki, ot örtüyü arzuolunan səviyyədə deyildi. İmişli təmsilçisi meydandan qələbə ilə ayrılsa da, qazonun vəziyəti ilə bağlı narazlığını dilə gətirib.

"Football-plus.az" saytı olaraq, meydan sahiblərinin prezidenti Ədalət Abdullayevdən məsələylə bağlı reaksiya öyrəndik:

"Stadionumuzun ot örtüyü ilə bağlı vəziyyətdən xəbərdarıq və artıq ölçü götürmək üçün işlər aparılır. Belə ki, nöqsanı aradan qaldırmaq üçün 10 ton qum, 30 ton da rezin qırıntısı sifariş vermişik. Təxminən bir həftəyə, ən geci 10 günə qazonu yaxşı vəziyyətə gətirəcəyik".


ABDULLA İSMAYILOĞLU